Menu

Türkmənistan sahillərindən tapılmış neftçinin cəsədi ölkəyə gətirilir

30.01.2016, 19:28
Türkmənistan sahillərindən tapılmış neftçinin cəsədi ölkəyə gətirilir

Xəbər verildiyi kimi, 29 yanvar 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, bununla əlaqədar, qurumun "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə bu gün Türkmənistana yola düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol