Menu

“İqtisadi Azadlıq İndeksi": Azərbaycan  91-ci yerdə

01.02.2016, 09:00
“İqtisadi Azadlıq İndeksi": Azərbaycan  91-ci yerdə

ABŞ-ın "Heritage" Fondu və "Wall Street Journal" qəzetinin birgə hazırladığı "İqtisadi Azadlıq İndeksi - 2016" adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 60,2-ni toplamaqla, dünyanın 186 ölkəsi arasında 91-ci yeri tutub və iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olub.

"Report"un məlumatına görə, budəfəki hesabata ötən il olduğu kimi Honkonq (88,6 bal) başçılıq edir.

Hesabatda post-sovet ölkələri arasında ən yüksək göstərici Estoniyaya məxsusdur (9-cu yer). Gürcüstan 23-cü, Türkiyə 79-cü, İran 171-cu yerdə qərarlaşıb.

İqtisadi azadlıq sahəsində ən pis vəziyyət isə Şimali Koreya (2,3 bal, 178-ci yer), Kuba (29,8 bal, 177-ci yer) və Venesuela (33,7 bal, 176-cı yer) müşahidə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol