Menu

Polis Bakıya gətirilən 1 tondan çox at əti aşkarladı

01.02.2016, 14:36
Polis Bakıya gətirilən 1 tondan çox at əti aşkarladı

Polis Bakıya satmaq üçün gətirilən 1 tondan artıq at ətini aşkarlayıb.

Yanvarın 24-də Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda Ağcabədi rayon sakini Nofəl Yusifovun idarə etdiyi “Ford” markalı avtomobil saxlanılıb.

Baxış zamanı avtomobildə olan 1 ton 100 kiloqram at əti aşkar edilərək götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol