Menu

NATO “Patriot”u Türkiyəyə qaytarır

01.02.2016, 15:44
NATO “Patriot”u Türkiyəyə qaytarır

“Patriot” müdafiə sistemləri Türkiyəyə geri qayıdır. ANS PRESS-in məlumatına görə, Rusiyanın türk hava məkanını pozması Ankaranı yenidən hərəkətə keçirib. İncirlik hərbi bazasında hərbi heyəti və təyyarələri olan ABŞ və Almaniyanın inventarındakı "Patriot" hava hücumundan müdafiə sistemlərinin Ankaranın müraciətindən sonra Suriya ilə sərhəddə yerləşdiriləcəyi gözlənilir.

Türkiyə mətbuatında yer alan məlumata görə, hazırda Türkiyədə ancaq İspaniyaya aid müdafiə sistemləri var. Adıçəkilən sistem ötən il Türkiyədən çıxarılandan sonra Rusiyanın cəsarətləndiyi, bölgədə daha sərbəst hərəkət etdiyi deyilir.

"Patriot" sistemi

Rusiyanın noyabr ayının 24-də baş verən insidentdən sonra türk hava məkanını pozmasınaNATO da reaksiya verib. Qurumun baş katibi Yens Stoltenberq Rusiyanı daha məsuliyyətli davranmağa səsləyib, hava məkanına hörmət etməyə çağırıb.

Pentaqonun sözçüsü Mark Vrayt ABŞ və NATO-nun Türkiyənin yanında olduğunu deyib. O da Rusiyanı qonşu dövlətin hava məkanına hörmət etməyə çağırıb.

İki ölkə arasında növbəti dəfə hava sərhədinin pozulması faktı yanvarın 29-da qeydə alınıb.

ABŞ və Almaniyanın “Patriot” havadan müdafiə sistemləri missiyasının mandatı başa çatıb. Yay aylarında qərb ölkələri mandatı uzatmaq fikrində olmayıblar. Düzdür, ABŞ rəhbərliyi lazım olarsa, “Patriot”ları bir həftə ərzində Türkiyəyə geri qaytara biləcəyini vurğulayıb, amma missiyasının mandatı yanvarda bitən Almaniya bunu heç cür edə bilməyəcəyini deyib.

"Patriot" sistemi

“Patriot” sistemləri Türkiyəyə 2013-cü ildə ABŞ, Almaniya və Niderland tərəfindən yerləşdirilib. Sistemlərin yerləşdirilməsində əsas məqsəd sözügedən ölkələrin NATO üzrə müttəfiqləri olan Türkiyənin Suriya ərazisindən gələ biləcək istənilən raket zərbəsindən qorumaqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol