Menu

DİN-in yüksək rütbəli əməkdaşının polis oğlu bıçaqlandı - YENİLƏNİB

02.02.2016, 13:30

10a456281b20be6c292f49d955350d1aBakının Sabunçu rayonundakı “Emin” kafesində bıçaqlanan polislərdən kapitan Ağaəli Ələkbərov Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəis müavini polkovnik Əkbər Ələkbərovun oğludur.

“Report”un xəbərinə görə, A.Ələkbərov DİN-in hospitalına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

***

Bu gecə Sabunçuda polislə bir qrup şəxs arasında qarşıdurma olub. Lent.az-ın məlumatına görə, saat 02 radələrində Şəhər şosesində yerləşən “Emin” kafesində bir qrup şəxs arasında dava-dalaş olub. Hadisə yerinə dərhal əməliyyat qrupu göndərilib. Kafeyə gələn polis əməkdaşları məsələni aydınlaşdırmağa çalışarkən bıçaqlanıblar. Polis kapitanı Ağaəli Ələkbərov, baş resjant Elnur Şərifov və serjant Bəxtiyar Abbasov bədənlərinin müxtəlif nahiyələrindən daxilə nüfuz etməyən xəsarətlər alıblar.

Dava-dalaş salaraq xuliqanlıq edən, eləcə də polisə müqavimət göstərərək onları bıçaqlayan 1986-cıı il təvəllüdlü Məmmədov İlham Bəykişi oğlu, 1987-ci il təvəllüdlü Muradov Dəyanət Hüseyn oğlu və 1986-cı il təvəllüdlü Məlikov Ceyhun Fariz oğlu saxlanılıb.

Məlum olub ki, onların hamısı Beyləqan sakinidir və hadisə vaxtı sərxoş vəziyyətdə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol