Menu

ABŞ Avropadakı qoşunlarını gücləndirir

02.02.2016, 13:23
ABŞ Avropadakı qoşunlarını gücləndirir

ABŞ rəhbərliyi Avropadakı hərbi kontingentini gücləndirmək üçün üçün 3,4 milyard dollar ayırmağı planlaşdırır.

Bu barədə ABŞ prezidentinin administrasiyasındakı mənbəyə istinadən The New York Times məlumat yayıb.

“Bu, Avropa təhlükəsizlik mühitindəki dəyişikliklərə uzun müddətli reaksiyadır. Bu, Rusiyanın mürəkkəb rol oynadığı yeni vəziyyəti əks etdirir”, - o, deyib. Oxu.az xəbər verir ki, onun sözlərinə görə, Macarıstanda, Rumıniyada və Baltikyanı ölkələrdə əlavə qüvvələr yerləşdirmək nəzərdə tutulub.

Daha öncə Rusiyanın NATO yanında daimi nümayəndəsi Aleksandr Qruşko ABŞ-ın Avropada yeni hərbi strategiyasının Moskvada anlaşılmazlıq yaratdığını bəyan etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol