Analitiklər neft qiymətlərinin 2016-ci ilin sonuna qədər 15 dollardan çox qalxacağını gözləyirlər.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, neft qiymətləri, Bloombergin sorğusuna qatılan 17 analitikin proqnozlarına görə, dördüncü rübdə bareli 46 dollara çata bilər və Brent nefti Londonda sözügedən dövrdə 48 dollara qalxa bilər. Goldman Sachs Group Inc.-ə görə, neftin 12 ilin ən aşağı səviyyəsinə enməsinə səbəb olan qlobal təklif artıqlığı, ABŞ-da şist nefti istehsalındakı azalma ilə birlikdə aşağı düşəcəkdir.
ABŞ-da Enerji İnformasiya İdarəsinə görə, ABŞ-da istehsal, dördüncü rübdə, ilk rüblə müqayisədə gündəlik 620,000 barel və ya 7 faiz ətrafında düşəcək. Digər tərəfdən, Beynəlxalq Enerji Agentliyinə görə, OPEC xaric ümumi istehsal bu il gündəlik 600,000 barel geriləyəcək. Bu vəziyyət, aşağı qiymətlərin qlobal tələbatı artırmasının da dəstəyi ilə qiymətlərdə bir sıçrayış yolunu aça bilər. UBS Group AG və Societe General SA kimi, qiymətlərdə artım gözləyən banklar arasında yer alan Citigroup Inc, neftin "bu ilin əməliyyatı" ola biləcəyini qeyd edib.
Qərbi Texas nefti (WTI) və Brent nefti, 20 Yanvarda 2003-ci ildən bu yana ən aşağı səviyyəsindən bağlanıb.
Hazırda WTI neftinin barelinin qiyməti 29.88 dollardır və ehtimal edilən qiymət olan 46 dollara çatması üçün 54% dəyər qazanması lazımdır. Brent nefti isə 32.72 dollardır və 48 dolları görməsi üçün 47% dəyər qazanması lazımdır.


Şərhlər