Menu

Avropa Türkiyəyə 3 milyard avro ayırdı

04.02.2016, 01:09
Avropa Türkiyəyə 3 milyard avro ayırdı

 Avropa İttifaqı ölkələri Türkiyəyə miqrant böhranı ilə mübarizə aparmaq üçün 3 milyard avro məbləğində maliyyə yardımının ayrılmasına dair razılığa gəliblər, Oxu.Az Reuters-ə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Aİ-yə daxil olan 28 ölkənin hamısı qərarı dəstəkləyiblər. Bundan əvvəl qərarın əleyhinə yalnız İtaliya çıxış edirdi.

“Hal-hazırda ən çox qaçqın Türkiyədə məskunlaşıb. Bu qərarla Türkiyə həmçinin Avropaya miqrant axınının qarşısını almağa kömək edəcək”, - Avropa Komissiyasının qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Yoxannes Xan deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol