Menu

Temperatur 20 dərəcəyədək yüksələcək - Pronoz

04.02.2016, 13:08
Temperatur 20 dərəcəyədək yüksələcək - Pronoz

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək.

Yarımadada gecə 4-6, gündüz 11-16 dərəcə isti olacaq. Bəzi yerlərdə 19 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Bakıda gecə 4-6, gündüz 14-16 dərəcə isti olacaq.

Sabah rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq, bəzi yerlərdə 20 dərəcəyədək isti gözlənilir.

Dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol