Menu

“Rusiyanın bəyanatı gülüncdür” - Ərdoğan

05.02.2016, 21:51
“Rusiyanın bəyanatı gülüncdür” - Ərdoğan

Türkiyənin Suriyada əməliyyata hazırlaşmasına dair Rusiyanın bəyanatı gülüncdür. AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Mən bu bəyanatı çox gülünc sayıram. Əslində Rusiya özü Suriya ərazisinə müdaxilə etməklə məşğuldur”, deyə Ərdoğan qeyd edib.

Bundan əvvəl Türkiyə hökumətindəki mənbə rəsmi Ankaranın Suriyada hərbi əməliyyat planının olmadığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol