Menu

İŞİD kimyəvi silah istehsal edir

11.02.2016, 09:00
İŞİD kimyəvi silah istehsal edir

İŞİD terror qruplaşması kimyəvi silahdan istifadə edib.

APA-nın “İndependent” qəzetinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Milli Kəşfiyyat İdarəsinin başçısı Ceyms Klepper Senat komitəsində çıxış edərkən bəyan edib.

Onun sözlərinə görə, terrorçular Suriya və İraqda zəhərli bibər qazı ipritdən istifadə edib.

“Güman edirik ki, döyüş əməliyyatlarında terrorçular istehsal etdikləri kimyəvi vasitələrdən istifadə edib. Aparılan araşdırmaların nəticələrinə əsasən, ötən ilin avqustunda azı iki nəfər Suriyada İŞİD-in istifadə etdiyi bibər qazından zəhərlənib ”, deyə C.Klepper bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol