Gəncədə N saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. ANS TV-nin məlumatına görə, ilk olaraq meydana hərbi hissənin döyüş bayrağı gətirilib, dövlət himni səsləndirilib və xidmətə başlayan gənc əsgərlər and içiblər. Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak edib.
Mərasimində çıxış edən hərbi qulluqçular, valideynlər və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini artırmağı, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.
Gənc əsgərlər də Vətənə sadəqət andı içmələrindən qürür hissini dilə gətiriblər.


Şərhlər