Menu

"Neft çox düşməyəcək" - Goldman

16.02.2016, 10:05
"Neft çox düşməyəcək" - Goldman

Goldman Sachs Group Inc, volatil (oynaq, dəyişən) neft qiymətlərinin xam neftin daha düşməyəcəyinə bir işarə ola biləcəyini qeyd edib.

"Marja" xəbər verir ki, Goldman analitikləri, 15 Fevral tarixli hesabatlarında, hazırda neft qiymətlərinin, 20 dollar ilə 40 dollar intervalında artan dalğalanmalar ilə "trendsiz" olduğunu qeyd ediblər.

"Düşən neft qiymətlərindən yaranan neqativ təsirlərin böyük hissəsi yəqin ki, geridə qalıb. Birjada açlan uzun mövqelərdən də aydın görünür ki, neft çox düşməyəcək" hesabatda deyilir.

ABŞ Əmtəə Əməliyyatları Komissiyasının məlumatlarına görə, spekulyatorların neftdə uzun mövqelərinin (qiymətin qalxmasının gözlənildiyi pozisiya) sayı səkkiz ayın zirvəsinə çıxıb. Bu da neftin qiymətinin yüksələcəyinə dair gözləntilərin artdığına işarə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol