Menu

Gənc qız özünü bulvarda öldürmək istədi

16.02.2016, 10:39
Gənc qız özünü bulvarda öldürmək istədi

Fevralın 16-na keçən gecə saat 03 radələrində Bakı bulvarında intihara cəhd olub. Lent.az-ın məlumatına görə, paytaxt sakini, 1992-ci təvəllüdlü Əliyeva Samirə Vaqif qızı Dənizkənarı Milli Parkda özünü dənizə ataraq intihar etməyə cəhd edib. Bulvar Mühafizəsi və Post Patrul Xidməti əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb və 24 yaşlı qız 9-cu Polis Bölməsinə aparılıb.

S.Əliyeva deyib ki, həyatdan bezdiyi üçün özünü dənizə atmaq istəyib.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol