“Normal qarşıladım”
Dövlət İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyev vəzifəsindən azad edilməsinə münasibət bildirib. “Qafqazinfo”nun məlumatına görə, keçmiş rektor sərəncamı çox normal qəbul etdiyini deyib:
“Mən Milli Məclisin deputatıyam, parlamentin Təhsil Komitəsinin sədriyəm. Bundan sonra da Azərbaycan təhsilinin və elminin, qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində öz fəaliyyətimi davam etdirəcəm. Eyni zamanda, kafedra müdiriyəm, orada da elmi və pedaqoji fəaliyyətimi davam edəcəyəm”.
Ş. Hacıyev yeni təyin olunan rektor Ədalət Muradovla bağlı da fikirlərini bölüşüb: “Yeni rektoru lap çoxdan tanıyıram. İqtisadçı olması müsbət haldır. Yüksək elmi səviyyəsi ilə fərqlənir. Kiyev Dövlət Universitetinin məzunudur. Əminəm ki, bizim başlatdığımız və gördüyümüz işləri yeni tələblərə müvafiq olaraq daha da inkişaf etdirəcək”.


Şərhlər