Menu

Müdafiə naziri cəbhə bölgəsində səfərdədir

06.03.2014, 15:07
Müdafiə naziri cəbhə bölgəsində səfərdədir

 Azərbaycanın müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazirliyin rəhbərliyi düşmənlə təmas xəttindəki hərbi hissələrdə mövcud vəziyyətlə tanış olub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirib.

Eyni zamanda nazir cəbhə bölgəsindəki müasir zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu ilə tanış olub.

Nazir Z.Həsənov nizam-intizamın gücləndirilməsi, silah-sursatla, hərbi texnika ilə davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması və sağlamlıqlarına diqqətin artırılması ilə əlaqədar tapşırıqlar verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol