Keçmiş ABŞ prezidenti Corc Buş öz qardaşı, prezidentliyə pespublikaçı namizəd Ceb Buşdan dəstəyini əsirgəmir. Musavat.com xəbər verir ki, bu barədə məlumat “Euronews” telekanalında yer alıb.
Məlumata görə, əvvəlki seçki kampaniyasında qardaşının prezident olması üçün bütün xüsusiyyətlərə malik olduğunu bildirən C.Buş, bu dəfə Cənubi Karolina ştatında həmin fikrini təkrar edib.
C.Buş “Prezidentlik ciddi bir işdir. Hökm qabiliyyəti və parlaq fikirlərə ehtiyac var. Düşünürəm ki, bütün bü xüsusiyyətlər Ceb Buşda var” - deyə bildirib.


Şərhlər