Menu

​Naxçıvan ədliyyə nazirinə yeni müavin təyin edilib

17.02.2016, 11:16

vasif talNaxçıvan Muxtar Respublikasının (MR) Ədliyyə Nazirliyində yeni müavin təyinatı olub.

"Report" xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla Emin Hüseyn oğlu Səfərov Naxçıvan MR ədliyyə nazirinin müavini təyin edilib.

Xatırladaq ki, keçən ay Elnur İsmayılov Naxçıvan ədliyyə nazirinin müavini vəzifəsindən azad edildikdən sonra bu vəzifə vakant idi.

Şərhlər

cehrili 2016-02-17 11:16:29

)))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol