Xəbər verdiyimiz kimi, Qətər, Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela neft hasilatlarını yanvar ayı səviyyəsində "dondurmağa" dair razılığa gəliblər.
Commerzbank AG, neft hasilatlarını artırmaqda olan İran və İraqın əməkdaşlıq etməməsi vəziyyətində razılaşmanın mənasını itirəcəyini açıqlayıb.
Petromatrix Gmbh-dən Olivier Jakob, müştərilər üçün hazırlanan məlumatlandırma mesajında, "İstehsalın dondurulması sürətli bir "U" dönüşü gətirməyəcəkdir, ancaq ilin ikinci yarısında qiymətlərin yuxarı qayıtması üçün daha yaxşı bir əsasdır" - deyib.
Səudiyyə Ərəbistanının neft naziri Əli Əl-Nəimi, istehsalın məhdudlaşdırılmasında iştirak etdiklərini, ancaq müştərilərin artan tələblərini qarşılayacaqlarını təkrar edib.
Neftin qiyməti, Səudiyyə Ərəbistanı və Rusiyanın neft hasilatını Yanvar səviyyələrində dondurmaları qərarının qlobal hasilat çoxluğu ilə mübarizədə yetərli olmayacağı narahatçılığı ilə bağlı olaraq, yenidən bir qədər aşağı düşüb. Dünən Brent nefti görüş ərəfəsində 6.5%-ə qədər qalxdıqdan sonra (35,50 dollara çıxmışdı) qazanclarının böyük hissəsini sildi. Bu gün Bakı vaxtı ilə saat 07:00-da Brent nefti 1% artımla 32,50 dollar olub.
Qətərin Energetika naziri Mohammed bin Saleh al-Sada Dohada mətbuat nümayəndələrinə verdiyi açıqlamada, razılaşmanın digər neft istehsalçılarının da eyni addımı atıb atmamalarına bağlı olduğunu deyib. Artıq Küveyt qərarı müsbət qarşılayıb.
Fevralın 17-də Venesuelanın neft naziri Neft hasilatının dondurulması təklifini İran və İraqın neft nazirləri ilə müzakirə edəcək.


Şərhlər