Menu

“Tramp prezident olmayacaq” - Obama

17.02.2016, 11:58
“Tramp prezident olmayacaq” - Obama

Respublikaçılar Partiyasının prezidentliyə namizədi, milyarder Donald Tramp dövlət başçısı ola bilməyəcək.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, belə bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib.

“Mən inanıram ki, Donald Tramp prezident olmayacaq, çünki, bu ciddi işdir. Mənim Amerika xalqına böyük inamım var”,-deyə Obama bildirib.

Obama deyib ki, Trampın elektoratı zəif olacaq.

“Çünki onlar qəbul edir ki, prezident olmaq ciddi bir məsələdir. Bu, tok-şou, realiti-şou deyil, marketinq deyil. Prezidentlik çətin işdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol