Menu

Təhsil Nazirliyi müəllimlərin küçə təmizləməsi iddialarını araşdırır

17.02.2016, 13:04
Təhsil Nazirliyi müəllimlərin küçə təmizləməsi iddialarını araşdırır

Təhsil Nazirliyi Gəncədə İcra Hakimiyyəti binasının qarşısındakı meydanda müəllimlərə təmizlik işləri gördürüldüyü barədə iddiaları münasibət bildirib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, sözügedən məsələ ilə bağlı Təhsil Nazirliyinə hər hansı məlumat daxil olmayıb. Bununla belə, hazırda Təhsil Nazirliyi tərəfindən iddialarla bağlı müvafiq araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısında təmizlik işləri aparıldığını əks etdirən şəkillər yayılıb. Gəncə sakinləri həmin ərazini təmizləyən şəxslərin şəhərdə işləyən təhsil işçiləri olduğunu iddia edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol