Menu

Hava pisləşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

17.02.2016, 13:22

meteoroloji_ata_sozumuzu_hatirlatti_mart_kapidan_baktirir_kazma_kurek_yaktiriryagis_ve_kar_geliyor_dikkat_h211037_89d6aEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Temperatur 4-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur 5-8 dərəcə aşağı enəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol