Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbs müddəti 3 ay uzadılıb.
Anar Məmmədli ötən il dekabrın 16-dan həbsdədir. O, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün Baş Prokurorluq Nəsimi məhkəməsinə təqdimat vermişdi.
Təqdimata bu gün, martın 6-da baxılıb. Nəsimi Rayon Məhkəməsinin hakimi Xumar Mərdanova təqdimatı təmin edib. Anar Məmmədlinin həbs müddəti iyun ayının 16-dək uzadılıb.
Vəkil Elçin Sadıqov “Media forum”a saytına deyib ki, qərardan apelyasiya şikayəti verəcəklər: “Eləcə də Anar Məmmədlinin girovluğunun ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verəcəyik”.
Anar Məmmədli hazırda Bakı İstintaq Təcridxanasında saxlanır.


Şərhlər