Menu

Rauf Mirqədirovun heç bir vəsatəti təmin edilmədi

18.02.2016, 16:28

raufBu gün Bakı Apelyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə həbsdə olan jurnalist Rauf Mirqədirovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, proses qapalı keçirilib. Vəkil Fuad Ağayev Trend-ə bildirib ki, müvəkkilinin azadlığa buraxılması ilə bağlı 4 vəsatət qaldırıb, lakin vəsatətlərin heç biri təmin olunmayıb.

Növbəti məhkəmə prosesi martın 3-ə təyin edilib.

Qeyd edək ki, R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib. Qərarla razılaşmayan R.Mirqədirov apelyasiya şikayəti verib və bətaət istəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol