Azərbaycanın avtomobil yollarında dəmir arakəsmələrin betonlarla əvəz olunamasına başlanılıb. ANS PRESS-in məlumatına görə, beton arakəsmələr həm şəhərlərarası, həm də Bakının giriş – çıxış hissələrində qoyulur. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ANS PRESS-ə açıqlamasında bildirdi ki, artıq Bakı Beynəlxalq Avtovağzalının qarşısından təxminən 2 kilometrlik məsafədə dəmir arakəsmələr beton plitələrlə əvəzlənib.
">Onun sözlərinə görə, ilkin mərhələdə avtovağzalın qarşısından “Ekologiya postu” deyilən əraziyə qədər olan yoldakı arakəsmələr əvəz ediləcək.
“Posta qədər olan 2 kilometrlik məsafədə arakəsmələr beton plitələrlə əvəz edilib. Şəhərdaxili yollarda belə beton plitələrdən istifadə olunmur", - deyə qurum rəsmisi bildirdi.
Anar Nəcəfli qeyd etdi ki, Azərbaycan istehsalı beton arakəsmələrdən Bakı – Ələt – Qazax yolunun Hacıqabul – Kürdəmir hissəsində, Şamaxıyolundakı Sulutəpə dairəsindən Müşviq qəsəbəsinə qədər olan məsafədə istifadə edilib.
Əksər hallarda baş verən qəzalarda sürücülər yol infrastrukturuna dəyən zinandan imtina edir. Bu səbəbdən dəyən zinan dövlət tərəfindən ödənilir. Elə buna görə də belə beton arakəsmələrin olması həm sürücülərə, həm də dövlətə sərf edər. Çünki yeni arakəsmələr qəza zamanı avtomobilə və yol infrastrukturuna dəyən ziyanı minumuna edirir.


Şərhlər