Menu

Türkiyə YPG-ni sıxışdırdı

19.02.2016, 00:25
Türkiyə YPG-ni sıxışdırdı

Türkiyə Silahlı Qüvvələri Kilis vilayətinin ərazisindən “Fırtına” raketləri və tanklar vasitəsilə YPG-nin Kəfərcənli qəsəbəsi və Mınnak hərbi bazasındakı mövqelərini vurmağa davam edir.

Axar.az xəbər verir ki, Ağçabağlar hərbi bazasında yerləşdirilən 100-dən çox hərbi texnika YPG mövqelərini hədəf alır.

Qeyd edək ki, YPG qüvvələri Rusiya qırıcılarının dəstəyi ilə Suriyanın Azez mahalına doğru hücumu davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol