Menu

Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı - Yaşamaq üçün ən ucuz ilk 5 ölkə

19.02.2016, 22:31
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı - Yaşamaq üçün ən ucuz ilk 5 ölkə

Azərbaycan “GOBankingRates” agentliyinin tərtib etdiyi 50 yaşamaq üçün ən ucuz olan reytinq siyahısında qonşu ölkələri qabaqlayıb. ANS PRESS-in məlumatına görə, Azərbaycan bu siyahıda 23-cü yerdədir.

Reytinq əsasən yerli alıcılıq qabiliyyəti, icarə haqqı, ərzaq mallarının qiyməti, yerli mal və xidmətlərin istifadəsinin ucuz olmasına görə hazırlanıb.

Azərbaycanda:

  • Yerli alıcılıq qabiliyyəti 59,6%;
  • İcarə haqqı 88,5%
  • Ərzaq mallarının qiyməti 74%;
  • Yerli mal və xidmətlərdən istifadə 69,3% daha ucuzdur.

Agentliyin məlumatına görə, 50 ölkədə icarə haqqı Nyu-Yorka nisbətən 70%, ərzaq indeksi 40%, istehlak qiymətləri və xidməti 30 % daha ucuzdur. Azərbaycanı da Nyu-Yorkla müqayisə edən “GOBankingRates” burada yaşam səviyyəsinin Nyu-Yorka nisbətən 70% daha ucuz olduğunu vurğulayır.

Reytinqdə Ermənistan 42, Gürcüstan 29, Türkiyə 31, Rusiya isə 39-cü yerdə bərqərar olub. İran isə ümumiyyətlə, 50 ölkədən ibarət olan siyahıya düşməyib.

Yaşamaq üçün ən ucuz ilk 5 ölkə bunlardır:

Yaşamaq üçün ən ucuz ilk 5

Yaşamaq üçün ən ucuz ilk 5

Siyahıda ən bahalı ölkələr isə bunlardır: Belarusiya, Peru, Litva, Xorvatiya,Mərakeşdir.

"GOBankingRates" agentliyinin reytinq siyahısı

"GOBankingRates" agentliyinin reytinq siyahısı

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol