Menu

Rusiya helikopteri Estoniyanın hava sərhədini pozub! 

20.02.2016, 00:17
Rusiya helikopteri Estoniyanın hava sərhədini pozub! 

Azpolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, cari həftənin cümə axşamı Rusiyaya məxsus Mi-8 helikopteri Estoniyanın hava sərhədini pozub. İnsidentlə əlaqədar olaraq Rusiya Federasiyasının bu ölkədəki səfiri Estoniya xarici işlər nazirliyinə dəvət olunub və ona nota təqdim edilib. Bu barədə məlumatı Estoniya müdafiə qüvvələri mətbuat xidmətinin nümayəndəsi leytenant Kristel Maasikmets yayıb.

«Cümə axşamı, yerli vaxtla saat 11:55-də (Moskva vatı ilə saat 12:55) Rusiyaya məxsus Mi-8 helikopteri Estoniyanın hava sərhədini pozub. İnsidentlə bağlı Rusiya Federasiyasının bu ölkədəki səfiri xarici işlər nazirliyinə çağırılaraq, ona nota təqdim olunub» - deyə, xanım-leytenant təsdiqləyib.

Maasikmets əlavə edib ki, sərhədpozma hadisəsi həm vizual, həm də texniki cihazların vasitəsilə qeydə alınıb. Onun versiyasına görə, «helikopterin transponderi söndürülmüş olub, ekipaj isə əvvəlcədən heç bir uçuş planı təqdim etməyib...».

Leytenantın dediyinə görə, helikopterin Estoniya hava məkanında uçuşu 1 dəqiqədən artıq çəkməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol