Menu

​Venesuela OPEK ölkələrinə yeni təkliflər göndərir

20.02.2016, 11:05
​Venesuela OPEK ölkələrinə yeni təkliflər göndərir

Venesuela prezidenti Nikolas Maduro OPEK ölkələrinə neftin qiymətinin stabilləşməsi ilə bağlı yeni təkliflər göndərəcək. Bu barədə "Report" "Gazeta.ru" saytına istinadən xəbər verir.

"Neft hasil edən ölkələr bazarlara nəzarət etməli və qiymətləri stabilləşdirməlidir", - deyə o bildirib.

Məlumatda qeyd edilir ki, N.Maduro nefti bəzi dövlətlərin Venesuelaya qarşı başladıqları iqtisadi müharibənin əsas səbəbi adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol