Menu

Qərb Rusiyanın təklifini rədd etdi - Türkiyənin haqlı olduğunu təsdiqlədi

20.02.2016, 11:17
Qərb Rusiyanın təklifini rədd etdi - Türkiyənin haqlı olduğunu təsdiqlədi

Qərb dövlətləri Rusiyanın Türkiyəni BMT-də hədəfə çevirmək səylərinin qarşısını alıblar.

Fevralın 19-da Rusiya Türkiyənin Suriya kürdlərini toplarla vurmasını dayandırması üçün BMT-nin Təhlükəsizlik Şurasına qətnamə təqdim etmişdi.

ABŞ-ın BMT-dəki səfiri Samantha Power Rusiyanı ittiham edib. Bildirib ki, Rusiya Hələbi bombalamaqda davam etməklə atəşkəs rejiminə riayət etmir və Türkiyəni gündəmə gətirməklə dünya ictimaiyyətinin diqqətini öz əməllərindən yayındırmağa çalışır.

Qərb dövlətləri BMT Təhlükəsizlik Şurasının qapalı iclasından sonra bildiriblər ki, Suriyada münaqişənin gərginləşməsinə səbəb, əslində, Moskvanın sözdə atəşkəsə tərəfdar olduğunu bildirməsidir. Ancaq buna baxmayaraq, Rusiya əməldə hökumət qüvvələrinin əməliyyatlarına dəstək verir.  /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol