Menu

Alim-publisist Rusiyanı tərk etdi! - Təqib olunduğuna görə

20.02.2016, 12:30
Alim-publisist Rusiyanı tərk etdi! - Təqib olunduğuna görə

Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiyalı alim, publisist Andrey Piontkovski ölkəni tərk edib. Buna səbəb alimin yazılarının hakimiyyət tərəfindən ekstremist elan olunması və buna görə, təqiblərə məruz qalmasıdır. Piontkovskinin vəkili Mark Feygin bu barədə təfərrüatı «Exo Moskvı»radiosuna danışıb («Exo Moskvı»).

Xatırladaq ki, Baş Prokurorluq Andrey Piontkovskinin «Bomba partlamağa hazırdır» başlıqlı məqaləsində ekstremist elementlərin yer aldığını aşkarlayıb. Sözügedən idarə publikasiya faktı üzrə müvafiq yoxlama aparıb və materialların Federal Təhlükəsizlik Xidmətinə (FSB) təhvil verilməsi qərarına gəlib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol