Menu

Putinin Ukrayna siyasətini ifşa edən qadın məhkum olundu

20.02.2016, 21:25
Putinin Ukrayna siyasətini ifşa edən qadın məhkum olundu

Rusiya KİV-nin yaydığı məlumata görə, Yekaterinburq sakini, 47 yaşlı tənha qadın Ukrayna münaqişəsinə həsr etdiyi yazıları sosial şəbəkədə yerləşdirdiyinə görə, məhkum olunub. Yekaterina Voloqjeninova adlı bu qadın məhkəmə qərarı ilə məcburi əməyə cəlb olunub. Onu ekstremizmə görə, mühakimə ediblər. Buna səbəb isə qadının «Vkontakte» səhifəsində Donbasdakı Rusiya «könüllülər»i barədə yerləşdirdiyi yazıları olub.

Prokurorluq hesab edib ki, onun tənqidi yazıları rusiyalılar üçün təhqiredicidir. Hüquqşünasları həm də bu yazıları müşahidə edən karikatura ciddi şəkildə narahat edib. Karikaturada Vladimir Putin əlində bıçaq Ukraynanın cənub-şərqinə doğru əyilmiş vəziyyətdə təsvir olunub.

İttihamçı tərəfin şahidləri Kremlin Ukrayna siyasətinin müttəhim tərəfindən necə tənqid atəşinə tutulduğu barədə ifadə veriblər. Voloqjeninova özü isə heç kimi alçaltmaq və ya kimsəyə nifrət oyatmaq fikrində olmadığını israr edib. Onun sözlərinə görə, bu yazılarda məqsədi sadəcə müharibənin dayandırılmasına təsir göstərməkdən və bu mövzuya insanların münasibətini öyrənməkdən ibarət olub.

Hakim Yelena İvanova ittiham tərəfinin arqumentlərini dəstəkləyib, amma qeyd edib ki, bu gün Rusiyada fikir plüralizmi mövcuddur, çoxpartiyalılıq fəaliyyətdədir, ideologiya isə yoxdur (URA.ru).

Beləliklə, məhkəmə Voloqjeninovanı 320 saatlıq məcburi əməyə cəlb edib. Bundan əlavə, məhkəmə qadına məxsus noutbukun və kompüter «siçovulu»nun məhv edilməsi barədə qərar da çıxarıb.

Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti vermək niyyətindədir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol