Menu

İkiqat Azərbaycan çempionu öz maşınında güllələndi

21.02.2016, 14:31
İkiqat Azərbaycan çempionu öz maşınında güllələndi

Dünən gecə Gəncədə güllələnən Elmir Cəlilov kikboks üzrə ikiqat Azərbaycan çempionu imiş.Bu barədə deputat, Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev Facebook-da yazıb. O, gənc idmançının ölümünün səbəbini açıqlamayıb.

Azərbaycan Kikboksinq Federasiyası mərhum idmançının ailəsinə başsağlığı verib.Musavat.com xatırladır ki, hadisə Gəncənin Əttarlar küçəsində, "Kəpəz" mehmanxanasının qarşısında baş verib. Elmir Cəlilov öz avtomobilində güllələnib.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol