Demokratiya carçılarına

ebulhesen-abbasov-300x277Əbülhəsən Abbasov

Xalqımı, onun həqiqəti bilmək haqqını rəhbər tutaraq, baş vermiş bir hadisə barədə məlumatlandırmaq istəyirəm.

Vaxtaşırı müxtəlif ictimai-siyasi dairələri təmsil edən və yaxud da heç bir siyasi mənsubiyyəti olmayan gənclərlə (onların öz xahişləri əsasında) görüşlərim olur. Görüşlərimiz, bir qayda olaraq, maraqlı keçir: əhəmiyyətli problemləri müzakirə edir, faydalı fikir mübadiləsi aparırıq. Çalışırıq ki, mülahizələrimiz elmi dəlillərə və faktlara söykənsin, subyektivlikdən və qərəzdən uzaq olsun, pozitivə xidmət etsin. 2015-ci ilin dekabrında növbəti görüş barədə arzular bildirildikdə, mən məmuniyyətlə razılaşdım, lakin görüşün daha geniş bir məkanda və formatda keçirilməsinin məqsədəuyğun olmasını xahiş etdim. Beləliklə də gənclərin öz təşəbbüsü (təşkilatçı – mənim dərin hörmət bəslədiyim gənc filosof Yasəmən Qaraqoyunlu idi), İsa bəyin və mənim razılığımız əsasında 19 fevral 2016-cı il tarixində Milli Strateji Düşüncə Mərkəzində konfrans tipli tədbirin keçirilməsi qərara alındı. Tədbirdə “Dünya problemləri: bəşəriyyət qlobal kapitalizmin girovunda” mövzusu ilə əsas məruzəçi qismində mən çıxış etməliydim. Hətta İsa bəyin təklifilə məruzə mövzusunun “Böhran: qlobal və lokal amillər” kimi qoyuluşuna da etiraz bildirmədim. Prinsipcə, bu qoyuluş da, açıqlamaq istədiyim məzmun-mahiyyətə cavab verdiyinə görə, məni qane edirdi.

Qəne etməyən, ciddi daxili etiraz yaradan o oldu ki, keçirilmiş tədbirdən sonra mənim çıxışımın həm mətni, həm də videosu ictimaiyyətdən gizlədildi, yalnız moderatorluq edən İsə bəyin konfransın əvvəlində, ortalarında və sonunda səsləndirdiyi fikirlər, ümumi çıxış şəklində, yayımlandı (“demokratların” adını “dəyirmi masa” qoyduqları tədbirdən iformasiya kimi!). Görəsən, söz-fikir azadlığından, plüralizmdən, insan haqlarından, demokratiyadan dəm vuran, gecə-gündüz başqalarını ədalətsizlikdə, yalançılıqda suclayan, Məmmədəmin Rəsulzadə irsinə sahiblik etmək istəyən bu cənabları əndişələndirən nə olub?

Mənim elmi əsaslara, məntiqə, tarixi-faktoloji dəlillərə söykənən çıxışım, söylədiyim qənaətlər bunların hansı “ağrılı yer”lərinə toxunub? Hörmətli İsa Qəmbərə, Arif Hacılıya, Vaqif Hacıbəyliyə və bu sırada olanlara kimlər tərəfindən və nə vaxtdan səslənən fikirlərə qadağa qoymaq, alim sözünü ört-basdır etmək hüququ verilib?! Hər halda, Azərbaycan Xalqı nəyin düz, nəyin əyri olduğunu daha yaxşı müəyyənləşdirə bilər, onun siyasi yengələrə ehtiyacı yoxdur!

Sizlər, hörmətli bəylər, car cəkirsiz ki, bəşəriyyət liberalizmə yetişə bilmir, üstəgəl, demokratizmin, yəni, liberal-demokratiyanın inkişaf səviyyəsindən geri qalır (böhtan atmıram, bunu hörmətli İsə bəy təkrar-təkrar həmin konfransda səsləndirib). Deyək, olsun belə! Bəs, bu nə gülməşəkər “izm”dir ki, bəşəriyyəti öz əlçatmaz səviyyəsinə çəkə-çəkə, həmin bu bəşəriyyəti təmsil edən xalqları, bir-birinin ardınca, xaosa sürükləyir, fəlakətə və məhvə aparır, ölkələri eksperiment obyektlərinə, dağıntı, qırğın və istismar məkanlarına çevirir? Hamılıqla diktatından, hikkəsindən və qəddarlığından, fitnə-fəsadından əl çəkməyən oliqarxik liberalizmə baş əyməliyik?

Yox, cənablar, hələ ki, bu xalq Afrika piqmeylərinin və neqritoslarının səviyyəsinə düşməyib. Sizin əsl siyasi silahdaşınız Jirik ola bilər, əbəs yerə zəkası atrofiyaya tutulmuş Rusiyanın liberal-demokrat partiyasına rəhbərlik etmir ki?! Bir sözlə, bu millət liberoidlərin əlində can verən debiloidlər cərgəsinə qoşulmaq arzusunda deyil. Sizlər onu “ağ günə” qovuşdurmaq cəhdində bulunmayın! Belə ki, Həqiqət həmişə Haqqdan uzaq adamların üzünə bağlı olur! Bu hikməti İsa bəy yox, İsa peyğəmbər söyləyib. Akvinalı Foma isə belə buyurub: “Hər bir azadlığın kökü – Zəkadır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar