Həbsdə olan keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev məhkəmədə ifadə verməkdən imtina edib. Vəkil Əfqan Məmmədov “Media forum” saytına deyib ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə hakim İlkin Rəcəbov sabiq nazirə ifadə verməyi təklif edib: “Amma Nicat Quliyev ifadə verməkdən imtina etdi. Dedi ki, qanunu pozmayıb, hər hansı cinayət törətməyib və cinayət işi tam qondarmadır. Ona görə də ifadə vermədi”.
Nicat Quliyev 2013-cü il avqustun 7-də MTN həbs edib. Sabiq nazir qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilir. O, istintaqa heç bir ifadə verməyib.


Şərhlər