Menu

"Krımda tatarlar təhlükə altındadır”- ATƏT komissarı

07.03.2014, 14:13
"Krımda tatarlar təhlükə altındadır”- ATƏT komissarı

ATƏT Krım yarımadasında rusdilli əhali üçün heç bir təhlükə hiss etməyib. Əksinə, Krımdakı vəziyyət orada yaşayan ukraynalı və tatar icması üçün təhdid yaradır.

Bu barədə Krıma səfərindən sonra ATƏT-in milli azlıqlar üzrə komissarı Astrid Tors bəyan edib. O, “Azadlıq” radiosunun rus xidmətinə açıqlamasında deyib: “Mən Krımdakı münaqişə və onun bütün icmalar, xüsusən də ukraynalılar və tatarlar üçün doğura biləcək nəticədən çox narahatam. Tatarlar yarımada əhalisinin əksəriyyətindən fərqli mövqe tutur, bu isə onların vəziyyətini daha da çətinləşdirir. Yarımadadakı etnik qruplar arasındakı münasibətlər qorxu mühitinin güclənməsi ilə xarakteriaə olunur”.

Komissar qeyd edib ki, Kiyevə və Krıma səfərlərimdə rusdilli əhalinin hüquqlarının pozulması və ya təhlükə altında olması haqda heç bir fakta rast gəlməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol