Menu

Suriya müxalifəti atəşkəsə razı olub

22.02.2016, 22:12
Suriya müxalifəti atəşkəsə razı olub

Suriya müxalifəti verilən zəmanətlər müqabilində atəşkəsə razıdır.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitəsinin sədri, ölkənin sabiq baş naziri Riyad Hicab bəyan edib.

Bu gün Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar. Atəşkəs rejiminin fevralın 27-də qüvvəyə minəcəyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol