AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Suriyada atəşkəs barədə əldə olunmuş razılaşma fevralın 27-dən qüvvəyə minəcək. «Röyter» agentliyi xəbər verir ki, ABŞ və Rusiya müvafiq razılaşmanı təsdiqləyib (Exo Moskvı).
İndi bu sənədi münaqişə tərəfləri imzalamalıdırlar. Atəşkəs rejimi terrorçu qruplaşma elan olunmuş «İslam dövləti»nə və «Cəbhət ən Nursa»ya şamil olunmayacaq.
Xatırladaq ki, Suriyada prezident Bəşər Əsədin ordusu və müxalifət qüvvələri arasında vətəndəş müharibəsi artıq 5 ildir ki, davam edir.


Şərhlər