Menu

Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib

23.02.2016, 14:36
Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib

Milli Məclisin bugünkü iclasında sədrin birinci müavini Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasına (MHŞ) üzv təyin edilməsi məsələsi müzakirə olunub. "Report" xəbər verir ki, "Məhkəmə-Hüquq Şurası haqqında" qanunun 6.2.4-cü maddəsinə dəyişiklik edilib.

Qərara əsasən, Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol