Menu

İran-Azərbaycan dəmir yolları birləşir

23.02.2016, 17:08
İran-Azərbaycan dəmir yolları birləşir

İranla Azərbaycanın dəmir yolları 2016-cı ilin sonuna birləşdiriləcək.

Bu haqda fevralın 23-də İran prezidenti Hassan Rouhani prezident İlham Əliyevlə görüşündən sonra xəbər verib.

Trend-in xəbərinə görə, Hassan Rouhani deyib ki, İran və Azərbaycanın Astara şəhərlərinin dəmir yollarının cari ilin sonunadək birləşməsi vacib hadisə olacaq:

««Şimal-Cənub» dəmiryolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. Bu, Azərbaycan, İran və Rusiya dəmir yolları üçün birləşdirici hissə olacaq»,-deyə İran prezidenti qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasında səfərdədir.

Bu səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair ümumilikdə 11 sənəd imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol