Menu

"İranın neft hasilatı sanksiya öncəsi səviyyəsinə çatmayacaq"

23.02.2016, 18:41

1429079966_iranNorveçin enerji şirkəti Rystad, İranın neft hasilatının növbəti il sanksiyalardan əvvəlki istehsal səviyyəsinə çatmasının mümkün olmadığını açıqlayıb.

Rystad-dan bildiriblər ki, şirkət tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, "İranın neft hasilatı üçün investisiyalarının kifayət qədər olmaması və mövcud sahələrdəki istehsalın düşməsi səbəbilə sanksiyalar əvvəlki gündəlik 3,7 milyon barrel səviyyəsinə çatmayacaq".

İranın, xam neft hasilatının ötən il qeyd edilən gündəlik 2,8 milyon barrel səviyyəsindən 2017-ci ildə gündəlik 3,4 milyon barrel səviyyəsinə çıxara biləcəyi qeyd edilərkən, ölkənin hələ neft hasilatını yanvar səviyyəsində saxlamaq istiqamətində hər hansı bir bəyanat vermədiyi də vurğulanıb.  /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol