Menu

170 MİN RÜŞVƏTİ ALAN XƏBƏR GÖNDƏRİB  -  "Hicran Hüseynovanı göstərir..."

24.02.2016, 13:36
170 MİN RÜŞVƏTİ ALAN XƏBƏR GÖNDƏRİB  -  "Hicran Hüseynovanı göstərir..."

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanov Eynur Kərimovun 170 min dollarının mənimsənilməsi ilə bağlı Komitə sədri Hicran Hüseynovanı ittiham edir. Bu barədə “Report”a E.Kərimovun vəkili Adəm Məmmədov məlumat verib.

adem_me_934_1120863291_nVəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi Eynur Kərimov sabiq Aparat rəhbəri Səfər İmanovla telefonla danışıb: “Səfər İmanov müvəkkilimlə danışarkən ölkədən qaçmasına, öz atasının yas mərasimində iştirak edə bilməməsinə səbəb kimi Hicran Hüseynovanı göstərir. Hazırda onun hansı ölkədə olduğunu deyə bilməyəcəm. Səfər İmanov bu haqda nə lazımdırsa, yaşadığı ölkədən yazıb göndərəcəyini bildirib”.

A.Məmmədovun sözlərinə görə, S.İmanov yaşadığı ölkədən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də ərizə yazacağını da deyib.

Qeyd edək ki, S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nun Aparat rəhbəri vəzifəsindən azad edilib. Onun vətəndaş Eynur Kərimovdan 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir.

Komitənin mətbuat xidmətinin fevralın 17-də yaydığı məlumata görə, sabiq Aparat rəhbəri Səfər İmanov komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs komitəyə müraciət edib: “Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər İmanova pul vəsaiti təqdim edib. Eyni zamanda, rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib və bu 4 il müddətində həmin şəxs Səfər İmanovla yaxın əlaqədə olub. Burdan sual ortaya çıxır ki, niyə bu 4 il ərzində həmin vətəndaş tərəfindən rəsmi şəkildə komitəyə və digər hüquq-mühafizə orqanlarına müraciətlər edilməmişdir?! Biz məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə komitə sədri xanım Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqlar olmayıb. Qeyd etmək istərdik ki, dövlət komitəsinin sədri xanım Hicran Hüseynova kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Onu da əlavə edək ki, bir sıra kütləvi informasiya vasitələrində Səfər İmanovun xanım Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar yer alıb və biz bunu təkzib edərək nəzərinizə çatdırmaq istərdik ki, bu məlumat yanlışdır”.

70 min manatlıq rüşvət qalmaqalının “qəhrəmanı” – icra başçısının müavini vəzifəsini almaq istəyərkən aldadılan Eynur Kərimov AzNews.az saytına müsahibəsində pulun Hicran Hüseynovaya verildiyini şəxsən gördüyünü deyib:"Pul sabiq aparat rəhbəri Səfər İmanovun otağında mənim gözlərim qarşısında sayılıb. Sonra Səfər İmanova verilib. Mən Hicran Hüseynovanın qəbul otağında gözləmişəm. Qapı açıq halda Səfər İmanov içində pul olan çantanı gözlərimin qarşısında aparıb birbaşa Hicran xanımın otağına, onun stolunun üstünə qoyub. Səfər otaqdan çıxandan sonra mənim qoluma girib, şəxsən özü məni yola salıb."

İndiyə qədər şikayət etməməsini isə aldadılması ilə izah edib: "Vəzifə təklifi Hicran xanımın özündən gəlsə də, işin düzəlməməsi ilə bağlı məlumat verməyib. O, düz iki il məni aldadıb. Bu gün, sabah, bir həftə, bir ay deyə-deyə bu qədər vaxtı ötürdülər. Mən sadəcə pulumu istəmişəm. Sonuncu iki ildə isə məsələ bir az da uzadıldı, bir çox bəhanələr gətirildi. Yenə də istintaq sirri olduğu üçün bunları açıb-ağartmaq istəmirəm. İstintaq başa çatandan sonra hansı bəhanələrlə, hansı sözləri uydurduğunun hamısını açıqlayacağam."

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol