Menu

“Texnikabank”ın əmanətçilərinin nəzərinə

24.02.2016, 18:09

texnika bank esasƏmanətlərin Sığortalanması Fondu “Texnikabank”ın qorunan əmanətçilərinə müraciət edib.

Fonddan “APA-Economics”ə verilən xəbərə görə, 25 fevral 2016-cı il tarixdən etibarən “Texnikabank” ASC-nin “Yeni Həyat” filialının qorunan əmanətçiləri kompensasiyaların alınması üçün ərizələri “Muğanbank” ASC-nin “Nəsimi” filialına təqdim edə bilərlər.

Qeyd edək ki, ərizə formalarını qorunan əmanətçilər Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin filiallarından, agent banklarIn filiallarından və www.adif.az saytından əldə edə bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol