Menu

Azərbaycan OPEK ölkələrinin görüşünə dəvət almayıb

24.02.2016, 18:21
Azərbaycan OPEK ölkələrinin görüşünə dəvət almayıb

Azərbaycan OPEK-in üzv ölkələrinin və kartelə daxil olmayan neft istehsalçılarının mümkün görüşünə hələ dəvət almayıb. Bunu Trend-ə Azərbayca Energetika Nazirliyindən deyiblər.

Nazirlikdən bildiriblər ki, əgər belə dəvət daxil olsa, Azərbaycan ona baxmağa hazırdır.

Xatırladaq ki, Venesuelanın neft naziri Euloxio del Pino daha əvvəl bildirmişdi ki, OPEK-in üzv ölkələri və kartelə daxil olmayan istehsalçı ölkələrin görüşü martın ortalarında keçirilə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol