Menu

Rusiya PKK-nın Suriyadakı qanadına dəstəyini etiraf etdi

24.02.2016, 21:55
Rusiya PKK-nın Suriyadakı qanadına dəstəyini etiraf etdi

Rusiyanın BMT-dəki daimi təmsilçisi Vladimir Safronkov YPG-yə kömək etdiklərini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb.

Məlumata görə, Vladimir Safronkov bu sözləri qeyd edib: “Rusiya Suriya ordusuna kömək etdiyi kimi, YPG-yə də kömək edir”.

Bununla yanaşı, BMT-nin Araşdırma Komissiyası Suriyadakı savaşın dünya müharibəsinə çevrilmə ehtimalına da diqqət çəkib.

BMT rəsmisi Virginia Gamba İŞİD-in istifadə etdiyi kimyəvi silahlarla bağlı bunları qeyd edib: “Suriyadakı savaşda kimyəvi silahlardan istifadə edən şəxslər, qruplar və ya hökumət hər kimdirsə, açıqlanacaq və mühakimə olunacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol