Menu

Lvov vilayətində pravoslav məbədi yandırılıb!

25.02.2016, 01:32
Lvov vilayətində pravoslav məbədi yandırılıb!

Xarici KİV-in məlumatına görə, Lvov vilayətində (Ukrayna) naməlum şəxslər tərəfindən Moskva patriarxlığının Ukrayna pravoslav kilsəsinə (MP UPK) məxsus məbəd yandırılıb. Məlumatı MP UPK mətbuat xidməti yayıb (TASS).

Məlumatda deyilir: «Fevralın 21-dən 22-ə keçən gecə Lvov vilayətinin Nikolayev şəhərində «Allahın anası» ikonasının şərəfinə ucaldılmış məbəd yandırılıb». Yanğın nəticəsində məbədin mərkəzi və yeməkxana hissəsi əhəmiyyətli dərəcədə zədələnib.

Bundan bir gün sonra - fevalın 23-də Odessada naməlum şəxslər MP UPK Odessa yeparxiyası sosial şöbəsinin rəhbəri Pavel Poleşukun avtomobilini yandırıblar.

Məlumat üçün bildirək ki, Poleşuk Ukraynanın şərq vilayətlərindən qaçqın düşənlərə və ehtiyacı olan odessalılara humanitar yardım göstərilməsi üzrə Koordinasiya mərkəzinin rəhbəridir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol