Rusiya KİV-nin yaydığı məlumata görə, Moskva polisi paytaxtın «Üç vağzal» deyilən meydanında yerləşən «Hilton» otelini mühasirəyə alıb. Qanun keşikçilərini bu addımı atmağa «Fənərbaxça» futbol klubu heyətinin həmin oteldə yerləşməsi məcbur edib. Moskva polisi fanatların otlelə hücum çəkməsindən ehtiyat edir (RenTV).
Xatırladırıq ki, bu gün axşam saatlarında Moskvada «Lokomotiv» və «Fənərbaxça» futbol klubları arasında Avropa Liqası 1/16 final mərhələsinin cavab oyunu keçiriləcək. İlk oyun İstanbulda keçirilib və 2:0 hesabilə «Fənərbaxça»nın qələbəsi ilə başa çatıb.
AzPolitika.info


Şərhlər