Menu

Hökumət dərmanların ƏDV-dən azad edilməsi üzərində işləyir

25.02.2016, 12:48
Hökumət dərmanların ƏDV-dən azad edilməsi üzərində işləyir

Dərmanların əlavə dəyər vergisindən azad edilməsi barədə təkliflər üzərində iş gedir. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, təklif var, bu təklifin üzərində işlənilməlidir: “Baxaq görək bu nə dərəcədə büdcənin üzərinə yük kimi qoyula biləcək. Ona görə də, bu təklif diqqətdədir, bunun üzərində iş gedir. Əgər dərmanların ƏDV-dən azad edilməsi büdcəyə xüsusi problem yaratmayacaqsa, bunu müsbət həll etmək mümkündür. Amma indidən qəti bir söz demək çətindir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol