Menu

Tanınmış siyasi fəalın evindən oğurluq olub, yoxsa?... (FOTOLAR)

02.01.2016, 15:14
Tanınmış siyasi fəalın evindən oğurluq olub, yoxsa?... (FOTOLAR)

Tanınmış ictimai-siyasi fəal, milli-azadlıq hərəkatının öncüllərindən olmuş Quliyev Ramiz Mirzə oğlunun (Ramiz Mirzə) Abşeron rayonunun Digah qəsəbəsində yerləşən evinə oğrular girib. Bu barədə “AzPolitika”ya R.Quliyev özü məlumat verib.

Hadisə bu ilin ilk günlərində - 3-6 yanvar tarixlərində baş versə də, ona dəyən ziyan bu günədək ödətdirilməyib, ən əsası isə, bu işdə siyasi motivin olub-olmadığı araşdırılmayıb. Çünki oğrular R.Quliyevə qəribə bir mesaj buraxaraq evi tərk ediblər. R.Quliyev deyir ki, ev dağıdıldıqdan və qiymətli əşyalar götürüldükdən sonra onun evdən götürülmüş fotosu yerə atılıb, üstünə isə ət baltası qoyulub.

Qeyd edək ki, hadisə baş verən zaman R.Quliyev Ukraynada müalicədə olub. O, heç bir aidiyyatı olmadığı halda Beynəlxalq Bank işi ilə bağlı ölkədən çıxışına qoyulmuş qadağanın çətinliklə aradan götürülməsinə nail olaraq, Ukraynaya əməliyyata gedəndən az sonra evinə oğrular girib.

R.Quliyev deyir ki, hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi qaldırılıb, istintaq aparılır. Lakin bu 1 ay müddətində istintaq ona vurulan ziyanın ödətdirilməsi və işin bəzi şübhəli hallarının araşdırılması istiqamətində ciddi addımlar atmayıb. Zərərçəkən deyir ki, ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsinə yalnız DİN naziri Ramil Usubova açıq müraciətindən sonra nail olub. Nazir qadağanın götürülməsini tapşırıb. Bundan bir neçə gün sonra kimlərinsə evinə girməsi adi cinayət olmaya bilər. İstisna deyil ki, kimlərsə R.Quliyevə hansısa mesajı ötürmək istəyiblər. "Düşünürəm ki, bu adi hadisə deyil".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol