Menu

Neft ilə bağlı mühüm xəbər

25.02.2016, 16:54
Neft ilə bağlı mühüm xəbər

Neft qiymətləri dalğalanmaqda davam edərkən, neft istehsalçısı ölkələr addım atmağı planlaşdırırlar.

Rusiyanin enerji naziri Aleksandr Novak, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və OPEC-ə daxil olmayan ölkələrin neft nazirlərinin Martın ortasında görüşməyi planlaşdırdıqlarını söyləyib.

Novak, Rusiyanın toplantıya qatılacağını və Mart ayında böyük ehtimalla İranın neft naziri ilə də görüşəcəyini söyləyib.

Keçən həftə Qətərin paytaxtı Dohada görüşən dörd böyük neft ixracatçısı - Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər digər iri istehsalçıların da qərara əməl etməsi halında neft hasilatlarını Yanvar ayının səviyyəsində "dondurmaq" qərarı vermişdi.

Bir gün sonra isə Venesuelanın neft naziri Eulogio del Pino, İranın paytaxtı Tehrahda İranın neft naziri Bijan Zanganeh, İraqın neft naziri Abel Abdel Mahdi və Qətərin energetika naziri Məhəmməd bin Saleh al-Səda ilə görüşmüşdü.  /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol